AZ

Azərbaycan dili üzrə Böyük Dil Modelləri YARADILACAQ

Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün fəaliyyət planı”nda əksini tapıb.
 

Sərəncama əsasən, 2028-ci ilin dekabrına qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, AMEA (tövsiyə olunur), aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən təbii Dil Emalı texnologiyalarının tətbiqi və Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq, dövlət xidmətlərində Sİ əsaslı interaktiv virtual köməkçilərin tətbiqi ilə xidmətlərin fasiləsiz rejimdə əlçatanlığının təmin ediləcək.


Azərbaycan dili üzrə Böyük Dil Modelinin yaradılması üçün texniki yol xəritəsi hazırlanacaq və azı 5 dövlət orqanında (qurumunda) data əsaslı həllərin pilot olaraq tətbiq edilməsi, Azərbaycan dili üzrə Böyük Dil Modelinin istifadəyə verilməsi; Sİ əsaslı virtual köməkçilər vasitəsilə fasiləsiz göstərilən dövlət xidmətlərinin payının 40 faizə çatdırılması təmin ediləcək.

Bizim.Media

Seçilən
3
11
bizim.media

10Mənbələr