AZ

Ötən il turizmin Azərbaycan iqtisadiyyatında payı tarixdə ilk dəfə 5,3 faizə yüksəlib – Fuad Nağıyev

Bakı. Trend:

Son dövrlərdə ölkəmizin gəlmə turizmi üzrə statistikasına təsiredən regional geosiyasi hadisələrə baxmayaraq, rəsmi statistikməlumatların təhlili turizmin müsbət dinamika ilə inkişaf etdiyinigöstərir.

Trend xəbərverir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev MilliMəclisin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizminmövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilənictimai dinləmədə deyib.

Sədr bildirib ki, 2021-2025-ci illər üzrə post-pandemiyadövründə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyətisahəsində ÜDM istehsalı hər il orta hesabla 24.5% artaraq 3,6milyard manata çatıb:

“Bu isə COVID-19 pandemiyasından əvvəlki səviyyə ilə müqayisədə23.2% çoxdur. İlkin nəticələrə görə turizm sahəsində yaradılan cəmiəlavə dəyər isə 2025-ci ildə 6,9 milyard manat olub. Nəticədə,2025-ci ildə turizm sektorunun iqtisadiyyatda payı tarixdə ilk dəfə5.3 faizə yüksəlib”.

F.Nağıyev vurğulayıb ki, sürətli böyümə dinamikası bu sahə üzrəyeni iş yerlərinin yaradılması meyillərini dəstəkləyib:

“Postpandemiya dövründə turistlərin yerləşdirilməsi və içtimaiiaşə fəaliyyəti sahəsində 58 min yeni muzdlu iş yeri yaradılıb ki,bunun da 21 mini 2025-ci ilin payına düşüb. Nəticədə, fəaliyyətsahəsinin muzdlu əmək bazarında payı 5 il ərzində 1,5 faizdən 4,6faizə yüksəlib.

Ötən 5 ildə cəmi turist xərcləmələri 7,7 milyard manat artaraq2025-ci ildə 9 milyard manata yüksəlib ki, bu da pandemiyadanəvvəlki səviyyədən 39% çoxdur. Həmçinin 2019-cu ilə nisbətən2025-ci ildə gəlmə turizmi üzrə adambaşına turizm xərcləmələri də74% artıb.

Beləliklə, son 5 ildə hotellərin gəlirləri 536 milyon manat,iaşə müəssisələri üzrə dövriyyə isə 2 milyard manatdan çox artıb.2026-cı ilin yanvar ayında Azərbaycana səfər edən əcnəbivətəndaşların sayında da 2025-ci illə müqayisədə 5% artım var”.

Məqalədə:
Seçilən
15
6
az.trend.az

10Mənbələr