Bakı. Trend:
Azərbaycanda hazırda turizm sektorunda 80 minə yaxın adamçalışır, lakin hesablamalar göstərir ki, turizmin inkişafı yaxınillərdə 450 mindən çox iş yerinin açılmasını dəstəkləyə bilər.Çünki turizm təxminən 50-dən çox sahəni birləşdirir.
Trend xəbərverir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsininsədri Musa Quliyev komitədə “Azərbaycanda turizmin mövcud vəziyyətivə inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədədeyib.
Komitə sədrinin sözlərinə görə, turizm inkişaf etdikcə məşğulluqartır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir, dövlətgəlirləri yüksəlir.
“Etiraf edək ki, hazırda Azərbaycana gələn turistlərin sayıölkəmizin potensialından çox aşağıdır.
Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, mətbəxi turizm üçünçox cəlbedicidir, ictimai asayiş və təhlükəsizlik yüksəksəviyyədədir.
Amma qiymət, xidmət, loqistik və tanıtım problemləri həllolunmadan güclü turizm ölkəsinə çevrilmək çətindir”, - deyə millətvəkili qeyd edib.