AZ

Azərbaycanın dörd stolüstü tennisçisi Türkiyə Superliqasında çıxış edəcək

Bakı, 27 fevral, AZƏRTAC

Stolüstü tennis üzrə milli komandanın 4 üzvü Türkiyə Superliqasında çıxış edəcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova “Masader”, Adil Əhmədzadə ilə Onur Quluzadə isə “Spin Point” klubundan dəvət alıb. Həmin idmançılar yarışın 3-cü və 4-cü turunda çempionat oyunlarına çıxacaqlar. Qarşılaşmalar fevralın 28-i və martın 1-də Kayseri şəhərinin idman kompleksində təşkil olunacaq.

Qeyd edək ki, milli komandanın üzvləri bu gün Türkiyəyə yollanıblar.

Seçilən
13
5
azertag.az

7Mənbələr