AZ

Kamaru Maxaçevlə döyüşmək təklifinin rədd edildiyini açıqladı

Yarım orta çəkidə (77 kiloqrama qədər) sabiq UFC çempionu Kamaru Usman bu çəkidə kəmərin indiki sahibi İslam Maxaçevlə döyüşmək istədiyini, lakin təşkilatın rəhbərliyindən rədd cavabı aldığını bildirib.

Fanat.Az xəbər verir ki, nigeriyalı döyüşçü "YouTube" üzərindən yayımlanan "Pound 4 Pound with Kamaru & Henry" kanalında belə danışıb: 

"Şübhəsiz, İslamla üz-üz gəlmək istəyirdim. Bu, yalnız mən və Maxaçev yox, bütün təşkilar üçün əla olardı. Danışıq apardıq, lakin Hanter Kempbell "yox" dedi. O, başqa yollarla getmək istədi.

Mənə başqa təkliflər də gəlib. Məsələn, Drikys dyu Plessi ilə döyüşməyi təklif ediblər. Ancaq mən titul uğrunda mücadilə etmək istəyirəm".

Toğrul

Seçilən
5
1
fanat.az

2Mənbələr