AZ

Ronaldo necə milyarder oldu? - Alt paltarından otellərə qədər olan biznes imperiyası

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo biznes imperiyasını aktiv şəkildə genişləndirməyə davam edir.

Publika.az xəbər verir ki, portuqaliyalı superulduz karyerası ərzində qazandığı vəsaiti onlarla layihəyə yatıraraq futbol tarixinin ilk milyarder futbolçularından biri statusunu möhkəmləndirib. O, bu yaxınlarda İspaniya təmsilçisi "Almeriya"nın səhmlərinin 25 faizini "CR7 Sports Investments" şirkəti vasitəsilə alaraq klubun ortaq sahibi olub.

Futboldan kənarda Ronaldonun geniş aktiv portfeli var. O, "Pestana CR7" otellər şəbəkəsinin sahibidir. Bu otellər Madeyra, Lissabon, Madrid, Nyu-York və Marrakeşdə fəaliyyət göstərir və gələcəkdə Böyük Britaniya bazarına çıxış planlaşdırılır.

Sağlamlıq və fitnes sektorunda Ronaldo "CR7 Crunch Fitness" idman zalları, "Insparya" saç müalicəsi klinikaları, "Ursu9" su brendi və fərdi vitamin həlləri təqdim edən "Bioniq" şirkətinə investisiya edib. O, həmçinin "AvaCR7" brendi altında bərpa və reabilitasiya avadanlıqları istehsal edir.

Seçilən
21
publika.az

1Mənbələr