AZ

Fransada hakerlər milyonlarla insanın məlumatlarını ələ keçiriblər – Prezidentliyə namizədlər də siyahıdadır

Fransada kibercinayətkarlar tibbi proqram təminatı istehsalçısı Cegedim şirkətinin sistemlərinə hücum edərək genişmiqyaslı məlumat sızmasına səbəb olublar.

NOCOMMENT.az xəbər verir ki, “France 2” telekanalının məlumatına görə, insident nəticəsində 15 milyon nəfərə aid məlumatlar internetə sızdırılıb. Zərərçəkənlər arasında prezidentliyə namizədlərin də olduğu bildirilir.

Məlumata əsasən, hakerlər pasiyentlərin yaşı, adı və cinsi ilə bağlı məlumatlarla yanaşı, tibbi dosyelərdə yer alan “sərbəst inzibati qeydlər” bölməsinə də çıxış əldə ediblər. Həmin qeydlərdə vətəndaşların sağlamlıq vəziyyəti və şəxsi həyatı ilə bağlı məxfi məlumatların yer aldığı vurğulanır.

Sara

Seçilən
27
nocomment.az

1Mənbələr