AZ

"İlk 20 dəqiqədə buraxılan qollar komandanın oyununu sındırdı" - Saşa İliç

"Sumqayıt" Misli premyer-liasının 22-ci tur matçında "Kəpəz"ə uduzdu - 0:3.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- "Kəpəz"i qələbə münasibətilə təbrik edirəm. Fikrimcə, bura gəldiyim vaxtdan bu yana ən pis birinci hissə oynadıq. İnana bilmirəm ki, bu cür asan qollar buraxdıq. İkinci hissəyə bir az yaxşı başladıq. Amma Ninkoviçin meydanı tərk etməsi oyuna təsirini göstərdi.

- Getməyin vaxtı çatıb, yoxsa vəziyyəti düzəldə biləcəksiz? Son 8 matçda cəmi 1 qələbə qazanmısız...
- Daha yaxşı oynamağa çalışacağıq. Ramalinqomun bir oyunluq cəzası qalıb. Bizi kubok matçı da gözləyir. Mövcud oyunçularla davam edəcəyik.

- Yankoviçin start heyətindən kənarda qalması nə ilə əlaqədardı? Onun da start heyətində meydana çıxmaması öz təsirini göstərdi?
- Yankoviçin hərarəti yüksək idi. İki məşqdə iştirak etməmişdi.

- Ninkoviç kimi təcrübəli oyunçu sarı vərəqəsi ola-ola necə ikinci sarı vərəqə ala bilir? Buna necə şərh verərdiz?
-Fasilədə ona bildirmişdim ki, ehtiyatlı oynasın. Amma düzü, ikinci sarı vərəqə aldığı epizodda o qədər də kobud oynadığını düşünmürəm. Baş hakim bu qərarı verdi, hörmətlə yanaşırıq.

- Qələbə qazanmaq üçün xarakter lazımdı, futbolçularda isə xarakter çatışmır. 8 matçda cəmi 1 qələbə qazanmısız, futbolçular yersiz vərəqələr alır, asan qollar buraxırsız. Amma siz çox sakitsiz, futbolçuları çox rahat müdafiə edirsiz, sanki hər şey qaydasındadı. Düşünmürsüz ki, bu, doğru yol deyil və futbolçulara öz xarakterinizi göstərməlisiz?
- Deməzdim ki, mən rahatam. Təbii ki, bununla bağlı müəyyən işlər görülür. İlk 20 dəqiqədə buraxılan qollar komandanın oyununu sındırdı.

Seçilən
12
8
football-plus.az

9Mənbələr