AZ

Paşinyan ailəsində skandal: İllər sonra evləndilər, Akopyanla bağlı məlumat yayıldı ki...

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan vətəndaş nikahı münasibətlərinin sona çatdığını açıqlayıb. Akopyan bildirib ki, fevralın 25-dən Paşinyanla birlikdə yaşadığı malikanəni tərk edib.

O, bu məsələ ilə bağlı heç bir müzakirə aparmaq istəmədiyini söyləyib. Həmçinin artıq evi olmadığı üçün kirayədə yaşayacağını, maşını olmadığı üçün isə piyada gəzəcəyini bildirib. Akopyan “Mənim addımım” fondunda rəhbər vəzifəsini davam etdirmək istədiyini, pula ehtiyacı olduğunu dilə gətirib.

Ermənistan KİV Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Akopyanın rəhbərlik etdiyi fondla bağlı araşdırma apardığını və onun həbs edilə biləcəyini iddia edir.

Seçkilərin yaxınlaşdığı bir zamanda bu ayrılıq Paşinyanın nüfuzuna, o cümlədən kampaniyasına necə təsir edəcək?

Globalinfo.az-a danışan Türkiyənin Ərciyəs Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin sədri Qafar Çaxmaqlı deyib ki, Paşinyan və Akopyan bu yaxınlarda rəsmi nikaha giriblər:

“Yəni bu günə qədər cütlük qeyri-rəsmi nikahdaydı. Paşinyanın müxalif rəqibləri bu detalı tez-tez qabardır, onun prestijinə zərbə vurmağa çalışırdılar. Hətta bir neçə dəfə məsələni daha da irəli apararaq övladlarının qeyri-qanuni nikahdan dünyaya gəldiyini vurğulayırdılar.

Hazırda ABŞ-da yaşayan “DOK” Partiyasının qurucusu və keçmiş sədri Vardan Qukasyan bu iddianı tez-tez dilə gətirir. O, hətta Paşinyanı biabır edən videolar paylaşaraq açıq şəkildə qara PR aparır. Bu detallar ilk baxışda sadə görünə bilər, lakin erməni cəmiyyəti üçün çox mühümdür. Erməni cəmiyyəti mühafizəkar olduğundan belə məsələləri asanlıqla qəbul etmir.

Qafar Çaxmaqlı

Paşinyan bu təzyiqlərə son qoymaq üçün yaxın zamanda Akopyan ilə rəsmi nikaha girdi. Bununla o, qeyri-qanuni nikah və uşaq məsələsi ilə bağlı tənqid və təzyiqlərə son qoymaq istədi. Lakin bu dəfə başqa problemlər ortaya çıxdı. Belə ki, Anna Akopyanın səfərləri və görüş xərcləri ilə bağlı iddialar yayıldı. Onu açıq şəkildə dövlət imkanlarını şəxsi maraqları üçün istifadə etməkdə ittiham etməyə başladılar.

Buna görə də hesab edirəm ki, Akopyanın Paşinyanla birlikdə yaşadığı malikanəni tərk etməsi və sonrakı açıqlamaları seçki ərəfəsində siyasi manevrdir. Bu addım Paşinyanın prestijini qorumaq məqsədilə atılıb. Bu, açıq şəkildə onun xeyrinə olan bir həmlədir”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
globalinfo.az

1Mənbələr