AZ

Londonda Çörçillin heykəlinə şüarlar yazan şəxs saxlanılıb

Londonda Parlament Meydanında yerləşən Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçillin heykəlinin üzərinə qraffiti yazan şəxs saxlanılıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 38 yaşlı kişi irqi zəmində ağırlaşdırılmış cinayət tərkibli əmlaka zərər vurmaqda şübhəli bilinərək saxlanılıb.

Polisin açıqlamasında bildirilir ki, fevralın 27-si səhər saat 04:00 radələrində bir nəfərin heykəlin üzərinə sprey boya ilə yazılar yazdığı müşahidə olunub. polis əməkdaşları iki dəqiqə ərzində Hadisə yerinə çatıb və şübhəli şəxs saxlanılıb.

Məlumata görə, heykəlin üzərinə qırmızı boya ilə “Soyqırımı dayandırın”, “Fələstinə azadlıq”, “İntifadanı qloballaşdırın” kimi şüarlar yazılıb. Həmçinin Çörçill “sionist müharibə cinayətkarı” kimi təqdim olunub.

Hazırda heykəlin ətrafı mühafizə lentləri ilə bağlanıb və təmizləmə işləri aparılır. Hadisə vandalizm kimi qiymətləndirilib.

Seçilən
21
1
yeniazerbaycan.com

2Mənbələr