AZ

Danimarka tibb sahəsində böyük nailiyyətə imza atıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 27 fevral, AZƏRTAC

Danimarka Avropa İttifaqında anadan uşağa HİV və sifilisin ötürülməsini aradan qaldıran ilk ölkə olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Serum İnstitutunun (Statens Serum Institut, SSI) press-relizində bildirilir.

“Ekstra Bladet” qəzetinin yazdığına görə, həmin institutda baş həkim və şöbə rəhbəri kimi çalışan Mariya Vessman bildirib ki, uzun illər ərzində hamilə qadınlar mütəmadi müayinədən keçirilib və operativ müalicə ilə təmin olunublar.

“Bu o deməkdir ki, bu gün Danimarkada uşaqlar HİV və ya sifilislə doğulmur”, – deyə Vessman vurğulayıb.

Danimarka hətta Ümumdünya Səhiyyə Təşkilatından infeksiyanın yayılmasının rəsmən dayandırıldığını təsdiqləyən sertifikat alıb.

“Danimarkanın uğuru ölkədə anaların sağlamlığının qorunması üzrə sistemin yüksək səviyyədə olduğunu və yardıma ehtiyacı olan bütün hamilə qadınlara dəstək göstərilməsi ilə bağlı tədbirlərin uzun illərdir uğurla həyata keçirildiyini göstərir”, - deyə ÜST-nin Danimarkanın son nailiyyətləri ilə bağlı yaydığı məlumatda bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
4
azertag.az

5Mənbələr