AZ

Azərbaycan Yüksək Liqası: XV turda növbəti oyunlar keçirildi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV turun növbəti oyunları keçirilib.

90deqiqe.Az xəbər verir ki, tur çərçivəsində UNEC “Gənclər” üzərində inamlı qələbə qazanıb. Komanda rəqibini 3:0 (25:7, 25:15, 25:8) hesabı ilə məğlub edərək aktivinə növbəti üç xalı yazdırıb.

Digər qarşılaşmada "Turan" səfərdə "Milli Aviasiya Akademiyası" ilə üz-üzə gəlib. Gərgin və beş set davam edən matçda qonaqlar əzmkar qələbəyə seviniblər – 3:2 (23:25, 23:25, 25:18, 25:20, 15:6). İlk iki seti uduzan “Turan” növbəti üç hissədə üstün oyun nümayiş etdirərək geridönüşə imza atıb.

Xatırladaq ki, XV turun əvvəlki görüşlərində "Abşeron" “Murov Az Terminal”ı 3:1, "DH Volley" isə “Gəncə”ni 3:2 hesabı ilə məğlub edib.

Turun digər oyunlarından sonra turnir cədvəlində vəziyyətin daha da gərginləşdiyi müşahidə olunur.

Seçilən
16
90deqiqe.az

1Mənbələr