AZ

Azərbaycanın minifutbol millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri bilindi

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, püşkatma mərasimi Slovakiyanın paytaxtı Bratislavada keçirilib.

Püşkatma zamanı birinci səbətdə yer alan Azərbaycan komandası F qrupunda Fransa, İtaliya və Avstriya yığmalarına rəqib olub.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Bratislavada təşkil olunacaq.

Seçilən
22
9
90deqiqe.az

10Mənbələr