AZ

Dövlət satınalmalarında süni intellektdən istifadə edilə bilər

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri" mövzusunda keçirilən seminarda deyib. Onun sözlərinə görə, 2024-cü ildə rəqabətli satınalmaların 4 229-da və ya 43,1 %-də müqavilə məbləği ehtimal olunan qiymətdən 20 % və daha çox fərqlənib: "Ehtimal olunan qiymətlə yekun protokol arasında fərqin böyük olması satınalmanın səmərəliliyi ilə bağlı sual yaradır. Bu istiqamətdə hüquqi çərçivənin daha da təkmilləşdirilməsi və qiymətlərin hesablanmasında müasir texnoloji alətlərdən istifadənin genişləndirilməsi vacibdir. Gələcəkdə ehtimal olunan qiymətin hesablanması zamanı süni intellektin imkanlarından istifadə edilməsi daha obyektiv və əsaslandırılmış nəticələrin əldə olunmasına şərait yarada bilər". Sədr həmçinin bildirib ki, hüquqi çərçivənin effektiv tətbiqinə imkan verən institusional strukturların və əməliyyat qabiliyyətlərinin gücləndirilməsi dövlət satınalmalarının səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
3
azvision.az

4Mənbələr