AZ

Siqnalizasiya: Delfin beynində noutbuk və smartfon tullantıları tapılıb

Çirklənmə qida zənciri vasitəsilə ötürülür və sinir sistemini təhdid edir.

QHT.az xəbər verir ki, istehlakçı elektronikasında istifadə olunan maye kristal monomerlərinin (LCM) Hind-Sakit okean bölgəsində delfin və dəniz donuzlarının toxumalarında toplandığı aşkarlanıb. Environmental Science & Technology jurnalında dərc edilən araşdırmaya görə, bu maddələr yağ, əzələ və hətta beyin toxumasında aşkar olunub ki, bu da onların qan-beyin baryerini keçdiyini göstərir. Alimlər LCM-lərin əsasən televizor və kompüter ekranlarından qaynaqlandığını bildirirlər. Laboratoriya testləri bu kimyəvi maddələrin hüceyrələrdə gen aktivliyini dəyişdirə və DNT təmirinə təsir göstərə biləcəyini ortaya qoyub. Tədqiqatçılar elektron tullantılarla bağlı qaydaların gücləndirilməsinə və maddələrin dəniz ekosisteminə, eləcə də insan sağlamlığına təsirinin daha dərindən araşdırılmasına çağırırlar.

 

R.İmanov

Seçilən
14
qht.az

1Mənbələr