AZ

Osimhen transferində Napoli tələsi: İtaliya klublarına qadağa

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhenin müqaviləsindəki gizli bənd üzə çıxıb.

Fanat.Az xəbər verir ki, "Napoli" rəhbərliyi nigeriyalı forvardı İstanbula göndərərkən öz maraqlarını maksimum dərəcədə qoruyub.

"Gazzetta dello Sport"un məlumatına görə, müqaviləyə xüsusi bir "anti-İtaliya" bəndi əlavə edilib.

Əgər "Qalatasaray" Osimheni hər hansı digər İtaliya klubuna satmaq qərarına gələrsə, "Napoli"yə əlavə olaraq 60-70 milyon funt-sterlinq təzminat ödəməli olacaq. Bu şərt ulduz futbolçunun yenidən A Seriyasına qayıtmasını demək olar ki, qeyri-mümkün edir.

İtalyanlar bu gedişlə rəqiblərinin güclənməsinin qarşısını əvvəlcədən almağı planlaşdırıblar.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
fanat.az

2Mənbələr