AZ

Xırdalanda 36 yaşlı qadın 12-ci mərtəbədən yıxılaraq ölüb

Abşeron rayonunun Xırdalan şəhərində 36 yaşlı Mehdiyeva Zeynəb Mehdi qızı yaşayış binasının 12-ci mərtəbəsindən yıxılaraq ölüb.

APA-nın məlumatına görə, hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
7
apa.az

10Mənbələr