AZ

Pakistan Əfqanıstan arasında hərbi toqquşmaların yenidən başlaması böyük geopolitk proseslərin və mübarizənin tərkib hissəsidir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Pakistan-Əfqanıstan arasında hərbi toqquşmaların yenidən alovlanması onsuz da həssas olan Asiya regionunda gərginliyi daha da artırıb. Dünyanın 3 hərbi və nüvə gücünün bu bölgədə yerləşməsi planetimizin nüvə riski ilə təhdid edir. Ağırlıq tərəf həm də ondan ibarətdir ki, əhalinin yerləşməsi baxımından ən sıx olan bölgədir və bu bölgədə Hindistan-Pakistan, Hindistan-Çin qarşıdurması uzun illərdir davam edir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Əli Orucov danışıb. Politoloq qeyd edib ki, ötən il həm Pakistan-Hindistanla qısa müddətli müharibə, həm də Pakistanla-Əfqanıstan arasında sərhəd boyunca silahlı toqquşma baş verdi: “ABŞ prezidenti Donald Trampın müdaxiləsindən sonra Delhi-İslamabad xəttində müharibə dayandırıldı. Səudiyyə Ərəbistanı və Türkiyənin diplomatik fəaliyyəti Kabil-İslamabad arasında razılaşma ilə yekunlaşdı. Lakin hər iki diplomatik cəhdlər mübahisələri həll etmədi, dondurdu”.

Əli Orucov

“Pakistanla Əfqanıstan arasında sərhəddə döyüşlərin yenidən başlanması təkcə ərazilərlə bağlı yaranan mübahisələrin deyil, böyük geopolitk proseslərin və mübarizənin tərkib hissəsidir. Hindistan Asiya regionunda Pakistan və Çinlə nüfuz uğrunda iqtisadi və hibrid savaşdadır. Delhi yanına son dövrlər İsraili də cəlb edə bilib. Təl-Əviv Hindistana hərbi texnoloji və kəşfiyyat dəstəyi verir. Havadan müdafiə sistemlərinin təkmilləşdirilməsində və möhkəmləndirilməsinə köməklik göstərir. Pakistanın beynəlxalq siyasətdə artan rolu və Türkiyə ilə dərinləşən çoxsahəli əməkdaşlığı İsrailin yuxusunu qaçırır. Eyni zamanda ötən ilin İsraillə İran arasında davam edən 12 günlük müharibədə Pakistanın təəssübkeş mövqeyini Netanyahu unutmayıb”-deyən politoloq vurğulayıb ki, Hindistan və İsraili narahat edən məqamlardan biri də Türkiyə-Səudiyyə Ərəbistanı-Misir-Pakistan hərbi ittifaqı barədə səsləndirilən fikirlərdir.

“Pakistanın Əfqanıstanla münaqişəyə cəlb edilməsi İsrailin, Hindistanın, hətta ABŞ-ın da marağındadır. 2021-ci ildə Əfqanıstandan çıxarkən Birləşmiş Ştatların Talibana 1 milyard dollara yaxın silah sursat hərbi texnika ən müasir naviqasiya və müşahidə sistemləri, helikopterlər qoyması görünür təsadüfi deyil. Bu silahlar istənilən vaxtda qonşu dövlətlərə qarşı işlədilə bilinirdi və faktiki olaraq da işlənilir. Əfqanıstanda vahid və dövlətçilik ənənələrinə söykənən idarəçilik yoxdur. Ölkə demək olar ki, dinc həyata alışmayıb. Taliban rejimi Rusiyadan başqa, beynəlxalq aləm tərəfindən rəsmən tanınmır. Bir çox dövlətlər Taliban hərəkatının terrorçu siyahısından çıxarmayıb. Nizami ordusu olan, dünyanın güclü silahlı qüvvələri sıralamasında ilk yerləri tutan Pakistanla Əfqanıstanın genimiqyaslı müharibəyə girməsi ağılsızlıq və ciddi nəticələr doğuracaq avanturadı. Düşünürəm ki, Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ və Azərbaycan tərəfləri danışıqlar masası ətrafında oturmasında və hərbi əməliyyatların dayandırılmasında effektiv fəaliyyət göstərə bilər. Əfqanlar da Azərbaycana yad deyil”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
bizimyol.info

1Mənbələr