AZ

TƏCİLİ! ABŞ və İsrail 500 qırıcı ilə HƏRƏKƏTƏ KEÇDİ – İrana qarşı HÜCUM BAŞLAYIR

Yaxın Şərqdə ABŞ və İsrailə məxsus 500-dən çox zərbə təyyarəsi və ümumilikdə 200-dək əlavə hərbi təyyarənin yerləşdirildiyi bildirilir. Məlumata görə, bu qüvvələr İrana mümkün zərbə endirilməsi ehtimalına qarşı hazır vəziyyətə gətirilib.

NOCOMMENT.az xəbər verir ki, DefenceGeek-in yaydığı məlumatda qeyd olunur ki, bölgədə 100 ədəd beşinci nəsil qırıcı təyyarə – F-22 və F-35-lər yerləşdirilib. Eyni zamanda 100-ə yaxın yanacaqdaşıyan (hava tankeri) təyyarə, 20 ədəd uzaqmənzilli radiolokasiya və idarəetmə sistemi (AWACS) təyyarəsi, 18 radioelektron mübarizə təyyarəsi, onlarla kəşfiyyat və xüsusi təyinatlı hava vasitəsi dislokasiya edilib. Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir neçə esmines və aviadaşıyıcıların aviasiya qanadları da Yaxın Şərqdə yerləşdirilib.

Məlumatda bildirilir ki, sözügedən hərbi qüvvələrin cəmləşdirilməsi regionda artan gərginlik fonunda həyata keçirilir və əsas məqsəd mümkün hərbi əməliyyatlara operativ reaksiya verməkdir. Rəsmi Vaşinqton və Təl-Əviv tərəfindən məsələ ilə bağlı hələlik geniş açıqlama verilməyib. Regionda vəziyyətin necə inkişaf edəcəyi isə beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Qeyd edilib ki, yaxın saatlarda İrana qarşı şiddətli hücum başlaya bilər.

Sara

Seçilən
19
1
nocomment.az

2Mənbələr