AZ

Əfqanıstan: Pakistan zərbələri nəticəsində 19 mülki şəxs həlak olub

BAKI, 28 fevral. TELEQRAF

Pakistanın zərbələri nəticəsində Əfqanıstanın Xost və Paktika əyalətlərində azı 19 mülki şəxs ölüb, 26 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Taliban” hökumətinin sözçüsünün müavini Həmdulla Fitrat “X” sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, Pakistan ordusu Xost və Paktika ərazilərində mülki əhalinin evlərini hədəfə alıb. Nəticədə 19 nəfər həyatını itirib, 26 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bəyanatda bildirilir ki, ölən və yaralananların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.

Seçilən
36
teleqraf.com

1Mənbələr