AZ

"İngiltərəli futbolçu "Barselona" ilə anlaşdı - 3 mərhələli ödəniş

Markus Reşford, böyük ehtimalla, növbəti mövsümdə də "Barselona"nın formasını geyinəcək.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu hücumçu ilə razılıq əldə edib və indi maliyyə detalları həll olunmalıdır. Müqavilə La Liqanın qaydalarına uyğun şəkildə rəsmiləşdirildikdən sonra futbolçu birdəfəlik transfer olunacaq.

Markusa əlavə danışıqlara ehtiyac olmayıb, çünki ümumi şərtlər hələ ilk keçid zamanı razılaşdırılmışdı.

"Mançester Yunayted" bu transferə görə 30 milyon avronu üç mərhələdə alacaq.

Bu mövsüm icarə əsasında çıxış edən Reşford La Liqada 21 oyunda 4 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
24
1
sportal.az

2Mənbələr