AZ

"Bu səhvlərin üzərində çalışacam, təcrübəsizlik mənə mane oldu"

Albaniyanın paytaxtı Tiranada keçirilən beynəlxalq yarışda gümüş medal qazanan Azərbaycan sərbəst güləşçisi Rəşid Babazadəyə (65 kq) final qarşılaşmasında qabırğa zədəsi və təcrübəsizlik mane olub.

Sportinfo.az xəbər verir ki, o, bu barədə "report"a açıqlamasında bildirib.

"Muhamet Malo"da gümüş mükafata sahib çıxan yığma üzvü ilk dəfə reytinq turnirinə qatıldığını xatırladıb:

"Demək olar ki, böyüklər arasındakı yarışda elə də təcrübəm yoxdur. Buna baxmayaraq, özümə inanırdım.

Yarışda güclü idmançılar var idi. Dünyanın ən güclü güləşçiləri bu turnirə gəlmişdilər. 65 kq-da tanınmış simalar var idi.

Yer aldığım qrupda ABŞ-ni təmsil edən azərbaycanlı güləşçi Vitali Orucov da mübarizə aparırdı. Yarımfinalda ona qalib gəldim.

Finaldakı rəqibim çox güclü idi. Buna baxmayaraq, özümə inanırdım.

Amma müəyyən səbəblərə görə öz güləşimi sərgiləyə bilmədim. Qabırğamın əzik olması və bir qədər də təcrübəsizlik rol oynadı".

R.Babazadə finalda etdiyi səhvləri aradan qaldırmaq istədiyini deyib:

"Bu səhvlərin üzərində çalışacam. Avropa çempionatına maksimum hazırlıqlı yollanmaq istəyirəm"

Seçilən
78
sportinfo.az

1Mənbələr