AZ

Qadınlara təsir etmir, kişiləri isə daha tez qocaldır

Perflorononanoik turşu (PFNA) və perflorooktanosülfonamid (PFOSA) bioloji yaşlanmanı sürətləndirir.

Milli.Az xəbər verir ki, bunu Şanxay Jiao Tong Universitetinin tədqiqatçıları müəyyən edib.

Məlumata görə, PFAS adlanan bu maddələr yapışmaz qab-qacaq, suya davamlı geyim, yanğınsöndürmə köpükləri və qida qablaşdırmalarında geniş istifadə olunur. Bu maddələr çox güclü molekulyar bağlara malikdir, buna görə təbiətdə çətin parçalanır. PFAS çirkliliyi indi su, torpaq və canlı toxumalarında getdikcə daha çox aşkar edilir və bu kimyəvi maddələrin bəzi növləri xərçəng, piylənmə, sonsuzluq və hormonal balanssızlıq ilə əlaqələndirilir.

PFOS, PFOA və PFHS kimi bəzi köhnə PFAS növləri 2001-ci il Stokholm Konvensiyası çərçivəsində qlobal miqyasda mərhələli şəkildə ləğv edilib. Lakin o vaxtdan bəri, məsələn süni intellekt verilənlər mərkəzləri kimi yeni sahələrdə istifadə üçün yeni PFAS növləri bazara çıxarılıb.

Belə ki, araşdırmada ABŞ-dən 326 şəxsin qanında 11 PFAS növü ölçülüb. PFNA və PFOSA səviyyəsi yüksək olan 50-64 yaşlı kişilərdə yaşlanma sürəti daha tez gedib, qadınlarda belə təsir müşahidə olunmayıb.

Qeyd edilib ki, ən həssas qrup orta yaşlı kişilərdir. Araşdırmanın müəlliflərin biri söyləyib ki, orta yaş, bədənin yaşlanmaya bağlı stres faktorlarına qarşı daha həssas olduğu bir dövrdür. Bu da kimyəvi maddələrə qarşı daha güclü bioloji reaksiya yaranmasına səbəb ola bilər. Digər müəllifin sözlərinə görə, yaşlanma göstəriciləri həyat tərzi faktorlarından, xüsusilə siqaret istifadəsindən güclü şəkildə təsirlənir. Kişilər arasında bu faktorların daha yaygın olması, çirkləndiricilərin zərərli təsirlərini artıra bilər.

Tədqiqatçılar tövsiyə edir ki, qablaşdırılmış qida istehlakını azaltmaq, fast food qablaşdırmalarını mikrodalğada isitməmək və PFAS-ların yeni növlərinə qarşı tənzimləmələri gücləndirmək lazımdır.

Mina Mikayılova
Milli.Az

Seçilən
8
2
milli.az

3Mənbələr