AZ

Uşaqlarda məzmun istehsalı və rəqəmsal təhlükəsizlik - 6 vacib qayda

Araşdırmalar göstərir ki, Alfa nəsli uşaqlarının 30%-dən çoxu sosial media məzmun istehsalçısı olmağı hədəfləyir, 12–15 yaş arası uşaqların isə təxminən 32%-i "YouTuber" olmağı arzulayır. 

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, rəqəmsal dünyanın təqdim etdiyi görünürlük arzusu ergenlik öncəsi dövrdə başlayır və bu mərhələdə valideynlərin nəzarəti və iştirakı təhlükəsizlik baxımından həlledici rol oynayır.

Platformaların iş mexanizmini öyrənmək və uşaqlarla açıq dialoq qurmaq, rəqəmsal riskləri tədris fürsətinə çevirməyə imkan verir. Uşaqların yaradıcılıqlarını təhlükəsiz mühitdə kəşf etməsi üçün valideynlər aşağıdakı addımları izləyə bilərlər:

1. Tənqid əvəzinə ünsiyyət qurun: Uşağın məzmun yaratmaq motivasiyasını anlamağa çalışmaq, aradakı etimad əlaqəsini gücləndirir. Bu mərhələdə "Kaspersky" tərəfindən təqdim olunan Cybersecurity Alphabet kimi resurslardan istifadə edilərək, uşaqlara rəqəmsal gigiyena qaydaları sadə dildə öyrədilə bilər.

2. Hesabları birlikdə qurun: Sosial media hesablarının yaradılmasında gizlilik parametrlərinin təyin edilməsi, yer etiketi (location) funksiyasının bağlanması və iki faktorlu identifikasiya (2FA) aktivləşdirilməsi əsas qorunma təmin edir.

3. Paylaşım limitlərini müəyyən edin: Ev ünvanı, məktəb forması və gündəlik rutin kimi fiziki izlənməsi asan olan məlumatların ictimai paylaşılmaması barədə uşaqlara konkret nümunələrlə izah edilməlidir.

4. Axtarış motoru yoxlamaları aparın: Uşağın istifadə etdiyi istifadəçi adını müəyyən intervallarla axtarış motorlarında yoxlayaraq, icazəsiz paylaşılan məlumatlar və ya şəxsiyyət oğurluğu halları aşkar edilməlidir.

5. Fırıldaq və onlayn risklərə qarşı tədbirlər: Populyarlığı artan gənc məzmun istehsalçıları saxta marka əməkdaşlıqları və fırıldaq cəhdləri ilə üzləşə bilər. Pulsuz məhsul və ya sponsorluq vədi ilə gələn mesajların çox vaxt oltalama (phishing) üsulu olduğu unudulmamalıdır. Dil səhvləri, təcili tələb və şəxsi məlumat istəyi olan mesajlara qarşı uşaqlar xəbərdar edilməlidir. Bütün kommersiya prosesləri valideyn nəzarətində aparılmalıdır.

6. Çevrimiçi manipulyasiya riskinə diqqət: Grooming adlanan onlayn manipulyasiya halları da diqqətlə izlənməlidir. Yaxşı niyyətli görünən yad şəxslərin xüsusi məlumat və ya şəkil tələb etməsi, ünsiyyəti gizli saxlamasını istəməsi əhəmiyyətli xəbərdarlıq əlamətləridir.

"Kaspersky" Məxfilik üzrə mütəxəssisi Anna Larkina bildirir ki, böyüklərin vəzifəsi uşaqların hədəflərini dəstəkləyərkən rəqəmsal riskləri də anlamalarını təmin etməkdir. Larkina əlavə edir ki, Kaspersky Safe Kids kimi alətlər valideynlərə ekran vaxtını idarə etmək və potensial təhlükələr barədə xəbərdarlıq sistemi təqdim edərək, müdaxilə etmədən prosesi izləmək imkanı verir.

Seçilən
49
2
olke.az

3Mənbələr