AZ

Biləsuvarda 5 kiloqram narkotik vasitə aşkarlandı, iki nəfər həbs olundu

BAKI, 28 fevral. TELEQRAF

Biləsuvar rayonunda yerləşən Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Tədbir zamanı narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən Zaur Əkbərov və Ramil Abızadə

Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Onlardan 5 kiloqram 650 qrammarixuana və 60 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
30
22
teleqraf.com

10Mənbələr