AZ

Şamaxıda yenidən zəlzələ olub - Yenilənib

Şamaxıda yenidən zəlzələ olub.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, təkanlar yerli vaxtla saat 08.31-də Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb.

Yerin 13 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3 olub və təkanlar hiss olunmayıb.

***

Şamaxıda daha bir zəlzələ qeydə alınıb.Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yeraltı təkan yerli vaxtla 19:12-də baş verib.

9 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

***

Azərbaycanda hissedilən zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələ Şamaxıda baş verib.

Yeraltı təkan yerli vaxtla 15:52-də baş verib.

12 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 4,7-dir.

Seçilən
18
22
anews.az

10Mənbələr