AZ

Abşeronda BMW ilə avtoş luq edən həbs olundu VİDEO

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən BMW markalı nəqliyyat vasitəsinin sürücüsü U.İsmayıllı saxlanılıb.

Lent.az xəbər verir ki, o, Abşeron rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə U.İsmayıllı 15 sutka inzibati qaydada həbs olunub və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
4
lent.az

7Mənbələr