AZ

Məsud Pezeşkiana sui-qəsd cəhdi olub - YENİLƏNİB

İran Prezidenti Məsud Pezeşkian paytaxt Tehrandan çıxarılıb. 

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, “Al Hadath” televiziyası məlumat yayıb.

Məlumata görə, fevralın 27-də Məsud Pezeşkian SEPAH tərəfindən Tehrandan çıxarılıb. Bildirilib ki, Çin və Rusiya kəşfiyyatı İran tərəfini İsrail və ABŞ-nin hücumları barədə əvvəldən məlumatlandırıb.

“Reuters”in xəbərinə görə, SEPAH bir neçə gün öncə İranın Ali rəhbəri Əli Xamenei ilə birlikdə dövlət nümayəndələrini də təhlükəsiz yerlərə köçürüb. 

***

10:47

İsrail İranda onlarla hədəfə zərbələr endirib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə İsrailin N12 televiziyası məlumat yayıb. 

Hücumun İsrail və ABŞ-ın birgə əməliyyatı ola biləcəyi bildirilir.

Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiana sui-qəsd cəhdi ehtimalı gündəmə gəlib. Lakin bu barədə hələ rəsmi açıqlama verilməyib.

İran daxilində vəziyyətin kritik olduğu və hadisələrin diqqətlə izlənildiyi vurğulanır.

"Cebheinfo.az"

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr