İran Prezidenti Məsud Pezeşkian paytaxt Tehrandan çıxarılıb.
"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, “Al Hadath” televiziyası məlumat yayıb.
Məlumata görə, fevralın 27-də Məsud Pezeşkian SEPAH tərəfindən Tehrandan çıxarılıb. Bildirilib ki, Çin və Rusiya kəşfiyyatı İran tərəfini İsrail və ABŞ-nin hücumları barədə əvvəldən məlumatlandırıb.
“Reuters”in xəbərinə görə, SEPAH bir neçə gün öncə İranın Ali rəhbəri Əli Xamenei ilə birlikdə dövlət nümayəndələrini də təhlükəsiz yerlərə köçürüb.
***
10:47
İsrail İranda onlarla hədəfə zərbələr endirib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İsrailin N12 televiziyası məlumat yayıb.
Hücumun İsrail və ABŞ-ın birgə əməliyyatı ola biləcəyi bildirilir.
Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiana sui-qəsd cəhdi ehtimalı gündəmə gəlib. Lakin bu barədə hələ rəsmi açıqlama verilməyib.
İran daxilində vəziyyətin kritik olduğu və hadisələrin diqqətlə izlənildiyi vurğulanır.
"Cebheinfo.az"