AZ

Süni intellekt hərbi sahədə: OpenAI Pentaqonla hansı şərtlərlə razılaşdı?

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"ChatGPT" neyroşəbəkəsinin yaradıcısı olan "OpenAI" şirkəti ABŞ Hərb Nazirliyinə (Pentaqon) öz süni intellekt modellərini məxfi şəbəkələr daxilində tətbiq etmək imkanı verəcək".

Oxu.Az xəbər verir ki, bu barədə "OpenAI" şirkətinin baş direktoru Sem Altman bəyanat yayıb.

"ABŞ Hərb Nazirliyi ilə razılaşmışıq ki, modellərimiz onların sistemlərində istifadə oluna bilər. Təhlükəsizlik baxımından iki əsas prinsipimiz var: ABŞ-də kütləvi izləmə qadağan olmalıdır və avtonom silah sistemlərində insan məsuliyyəti qorunmalıdır. Hərb Nazirliyi də bu prinsipləri qəbul edib və biz onları müqaviləyə əlavə etmişik", - deyə o özünün "X" sosial hesabında yazıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
oxu.az

1Mənbələr