AZ

XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırdı

Azərbaycan vətəndaşlarına İran İslam Respublikasına səfərlə bağlı xəbərdarlıq edilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarına İrana səfər etməkdən çəkinmək tövsiyə olunur.

Eyni zamanda, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına yerləşdikləri bölgədən asılı olaraq ölkəni Azərbaycan və ya Türkiyə üzərindən tərk etmək tövsiyə edilir.

XİN vətəndaşları təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə, kütləvi toplaşma yerlərindən uzaq durmağa, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyə və rəsmi məlumat mənbələrini mütəmadi izləməyə çağırıb.

Qeyd olunub ki, hər hansı fövqəladə vəziyyətlə bağlı vətəndaşlar Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə əlaqə saxlaya bilərlər.

Seçilən
30
2
teleqraf.com

3Mənbələr