AZ

AZAL ın iki təyyarəsi İran hava məkanından geri QAYITDI

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.

Bu barədə Redaktor.az-a AZAL-dan bildirilib.

Məlumata görə, Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir.Qeyd edilib ki, AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, bu gün ABŞ və İsrail İtrana qarşı hərbi əməliyyatlara başlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
27
redaktor.az

10Mənbələr