AZ

"Mən efirlərə QADAĞA QOYMUŞAM"

Müğənni Afət Fərmanqızı haqqında yayılan "efir qadağası" iddialarına münasibət bildirib və açıqlaması ilə müzakirələrə səbəb olub.

Milli.Az-ın məlumatına görə, sənətçi qeyd edib ki, ona hansısa televiziya kanalında çıxış etməyə qadağa qoyulması barədə deyilənlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, məsələ tam fərqlidir:

"Mən efirə çıxırdım ki, mənə qadağa qoyulsun? Əksinə, efirlərə getməmək qərarını özüm vermişəm. Mən efirlərə qadağa qoymuşam", - deyə o bildirib.

Afət Fərmanqızı məsələni obrazlı şəkildə izah edərək vurğulayıb ki, necə ki, hansısa ölkəyə getməyən bir şəxsə "qadağa qoyuldu" demək məntiqsizdirsə, mənim vəziyyətim də eynidir.

Müğənni əlavə edib ki, hazırda onun əsas platforması sosial şəbəkələrdir: "Mənim efirim telefonumdur. Sosial hesablarımda yayımlar edirəm və tamaşaçı ilə birbaşa orada ünsiyyətdəyəm".

Sənətçi televiziya məkanına da toxunaraq bildirib ki, efirlərdə savadlı və mədəni aparıcılara ehtiyac var. O, ad çəkmədən danışmadığı Zaur Nəbioğlunun verilişinin formatını bəyənmədiyini desə də, onun haqqında müsbət fikirlər səsləndirib:

"Danışmasaq da, Zaur savadlı insandır. Sadəcə, verilişin formatı ürəyimcə deyil. Onun potensialından daha düzgün istifadə etmək lazımdır".

Afət Fərmanqızının bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirə olunub və müxtəlif reaksiyalara səbəb olub.

Musa
Milli.Az

Seçilən
4
1
milli.az

2Mənbələr