AZ

Yaxın Şərqdə gərginlik artır ABŞ İranı dronlarla HƏDƏLƏYİR

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

İran Yaxın Şərqdəki ABŞ hədəflərinə qarşı zərbələri artırır.Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Bəhreyn ABŞ-ın Beşinci Donanmasının texniki xidmət mərkəzinə raket zərbəsi endirdiyini təsdiqləyib. Hətta bazaya raket zərbəsinin videosu sosial şəbəkələrdə yayılıb.

 

Məlumata görə İranın ballistik raketləri BƏƏ-dəki Əl-Dəfra hava bazasına və Küveytdəki Əli Əl-Salem hava bazasına da zərbə endirib. İordaniya və Səudiyyə Ərəbistanındakı ABŞ hədəflərinə də hücumlar barədə məlumat verilib.

Bundan əlavə, İsrailin 9-cu kanalı Ərəb dənizində ABŞ təyyarədaşıyan gəmisi USS Linkolna hücum barədə məlumat verib. Bir neçə hadisə ilə bağlı rəsmi təsdiqlər dəqiqləşdirilir.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
2
bizim.media

10Mənbələr