BAKI, 28 fevral. TELEQRAF
"Təməldən təfərrüata" kitabı Azərbaycan İdman Akademiyası ilə Avstriyanın "Complex Core+" təşkilatının birgə layihəsidir.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyev deyib.
O, sözlərinə belə davam edib: "Kitab 25 simptom üzrə insan bədəninin strukturu və çətinlik səviyyələrinə uyğun şəkildə sistemləşdirilmiş 600-dən çox reabilitasiya bərpa hərəkətlərindən ibarətdir".
O bildirib ki, kitabda öz əksini tapmış kompleks reabilitasiya və bərpa məşq hərəkətləri əsasında hərbi qulluqçuların və qazilərin reabilitasiya prosesinin reallaşdırılması sevindirici haldır.