AZ

Əfqanıstanda ölən hərbçilərin sayı AÇIQLANDI

Pakistanın informasiya naziri Attaulla Tarar sosial şəbəkə hesabında "Qəzb-ül-Haq" əməliyyatı ilə bağlı yenilənmiş məlumatları paylaşıb.

Milli.Az xəbər verir ki, nazirin açıqlamasına görə, Əfqanıstan ərazisində "Taliban" qüvvələrinə qarşı aparılan əməliyyatlar çərçivəsində 331 nəfər öldürülüb, 500-dən çox şəxs yaralanıb.

Bildirilib ki, 89 nəzarət-buraxılış məntəqəsi məhv edilib, 18 post ələ keçirilib, 135 tank və silahlı texnika sıradan çıxarılıb.

Eyni zamanda, Əfqanıstan üzrə 29 müxtəlif məntəqəyə hava zərbələri endirildiyi qeyd olunub.

Milli.Az

Seçilən
15
milli.az

1Mənbələr