AZ

“Orda həm qartəmizləyən maşın, həm də təcrübəli heyət var” yenə təxirəsalma təhlükəsi?

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bilindiyi kimi, bu gün Misli premyer-liqasının 22-ci turunun iki oyunu keçiriləcək. "Şamaxı" "Neftçi"ni, "Qəbələ" "Karvan-Yevlax"ı qəbul edəcək. Həm Şamaxıya, həm də Qəbələyə intensiv qar yağdığını nəzərə alsaq, oyunların təxirə salınması ehtimalı var.Bəs, ot örtüklərinin qardan təmizlənməsi üçün hansısa işlər görülürmü? Həqiqətən də matçlar təxirə salına bilərmi?Bu suallarla Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:"Bu gün iki bölgədə - Şamaxıda və Qəbələdə oyunlar var. Hər iki oyun tam şəkildə nəzarətimizdədi. Hazırda Şamaxıdayam. Narın qar var. Düzdü, qar qazonu örtəcək səviyyədə deyil. Yenə də hazırlıqlıyıq. Stadion həm traktorla, həm də qırmızı toplarla təmin edilib. Hansısa hal olsa, dərhal müdaxilə edə biləcəyik. Qəbələdəki stadion isə infrastuktur baxımından öncüllərdəndi. Orda həm qartəmizləyən maşın, həm də təcrübəli heyət var. Qəbələyə gecədən qar yağıb. Bu gün səhər saatlarından təmizlik işlərinə başlanılıb. Stadionun isitmə sistemi də qoşulub. İndiki durumda fors-major gözlənilmir. Stadion hazır vəziyyətə gətirilib. Bu dəqiqə üçün oyunların təşkili baxımından yğunsuzluq yoxdu".KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
icma.az

2Mənbələr