Bakı. Trend:
Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinəqarşı mübarizə davam etdirilir.
Bu istiqamətdə Qaradağ Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarıtərəfindən keçirilən əməliyyat zamanı 43 yaşlı Əkbər Əliyevsaxlanılıb. Ondan 21 kiloqram 302 qram marixuana, 496 qram tiryəkvə 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
Trend xəbər verir ki, bubarədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumatyayıb.
Bildirilir ki, İdarə əməkdaşlarının keçirdikləri növbətiəməliyyat zamanı isə paytaxt sakini 39 yaşlı Elxan Bəndəliyev dənarkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçünsaxlanılıb. Ondan isə 23 kiloqram 975 qram marixuana aşkarlanaraqgötürülüb.
İdarə əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı danarkotiklərin paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkiletməkdə şübhəli bilinən 32 yaşlı Yunis Məmmədov, həmyaşıdı NazirTağıyev və 34 yaşlı Urfan Məmmədli Lökbatan qəsəbəsindəsaxlanılıblar. Bu şəxslərdən isə Bakı şəhərinə müxtəlif ünvanlarayerləşdirmək məqsədi ilə gətirdikləri 20 kiloqram 250 qrammarixuana aşkarlanıb.
Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı 66 kiloqramdan artıqnarkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davametdirilir.
Qeyd edək ki, ilin əvvəlindən Qaradağ RPİ-nin əməkdaşlarıtərəfindən 80 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.