AZ

Lənkəranda 52 yaşlı kişini elektrik cərəyan vurdu

Lənkəranda 52 yaşlı kişini elektrik cərəyan vurub.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Liman şəhəri ərazisində baş verib. Belə ki, rayonun Nərimanabad qəsəbə sakini 1974-cü il təvəllüdlü Ağadadaş Maarif oğlu Əliyev transformatorun yerləşdiyi əraziyə daxil olub və elektrik cərəyan onu vurub.

Ağır yanıq xəsarətləri alan A.Əliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub.

İlkin yardım göstərilib. Vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
8
nocomment.az

10Mənbələr