AZ

66 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu istiqamətdə Qaradağ Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 43 yaşlı Əkbər Əliyev saxlanılıb.

Ondan 21 kiloqram 302 qram marixuana, 496 qram tiryək və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə paytaxt sakini 39 yaşlı Elxan Bəndəliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan isə 23 kiloqram 975 qram marixuana aşkarlanaraq götürülüb.

Seçilən
15
13
publika.az

10Mənbələr