AZ

"Lufthansa" Yaxın Şərqin bir çox şəhərinə uçuşları dayandırdı

"Lufthansa" Yaxın Şərqin bir çox şəhərinə uçuşları dayandırdı

Almaniyanın nəhəng aviaşirkəti "Lufthansa" ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi hücumlar və Tehranın buna verdiyi qarşılıqlı cavabdan sonra Yaxın Şərqin bir çox nöqtəsinə uçuşları təhlükəsizlik səbəbi ilə təxirə salıb.

AFN.az xəbər verir ki, şirkətdən verilən rəsmi açıqlamaya görə, "Lufthansa Qrupu"na daxil olan bütün aviadaşıyıcılar Tel-Əviv, Beyrut, Amman, Ərbil və Tehran istiqamətindəki reysləri martın 7-dək dondurub. Bundan əlavə, Dubay və Əbu-Dabi şəhərlərinə planlaşdırılan gediş-dönüş uçuşlarının martın 1-dək dayandırıldığı bildirilib.

Aviaşirkət həmçinin martın 7-dək İsrail, Livan, İordaniya, İraq və İranın hava məkanından istifadə etməyəcəyini bəyan edib. Açıqlamada vurğulanıb ki, sərnişinlərin və heyətin təhlükəsizliyi şirkət üçün ən yüksək prioritetdir və bölgədəki hərbi-siyasi vəziyyət mütəxəssislər tərəfindən daimi olaraq izlənilir.

Reysləri ləğv edilən sərnişinlərə biletlərini ödənişsiz dəyişmək və ya geri qaytarmaq imkanı yaradılıb. "Lufthansa" rəhbərliyi vəziyyətlə bağlı aidiyyəti dövlət qurumları ilə sıx təmasda olduqlarını və uçuşların bərpası barədə qərarın regiondakı gərginliyin azalmasından sonra veriləcəyini qeyd edib.

Seçilən
35
afn.az

1Mənbələr