AZ

Vensan Abubakar dubl edib: Neftçi Şamaxıda qalib gələ bilməyib

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, günün ilk matçında "Neftçi" "Şamaxı"nın qonağı olub.

Şamaxı şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.

"Ağ-qaralar"ın qollarını 60 və 90+1-ci dəqiqədə Vensan Abubakar vurub. Meydan sahiblərində 75-ci dəqiqədə Sezar Enrike, 90+8-ci dəqiqədə Karim Rossi fərqlənib.

Xallarının sayını 31-ə çatdıran "Neftçi" 6-cı pillədə qərarlaşıb. "Şamaxı" 26 xalla 8-ci yerdədir.

Günün ikinci matçında "Qəbələ" "Karvan-Yevlax"ı qəbul edəcək.

Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
3
cebheinfo.az

5Mənbələr