AZ

SEPAH İranın hərbi gəmisini atəşə tutduğunu açıqladı

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ-yə məxsus MSThərbi dəstək gəmisini raketlərlə atəşə tutub.

Trend-inməlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu(SEPAH) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ-yə məxsus hərbi gəmi vurulub.

SEPAH ABŞ-nin digər hərbi dəniz vasitələrinin də raket vədronlarla vurula biləcəyini açıqlayıb.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

Məqalədə:
Seçilən
18
2
az.trend.az

10Mənbələr