AZ

Ukrayna FP 7 raketinin buraxılışını nümayiş etdirdi...

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Onun mənzili 200 km-ə qədər, uçuş hündürlüyü 65 km, döyüş başlığının çəkisi 150 kq-a qədər və dəqiqliyi 14 m-dir...

...Fevralın 27-də Flamingo raketləri istehsal edən Ukrayna müdafiə şirkəti Fire Point-in həmtəsisçisi Denis Ştilerman X şəbəkəsində FP7 raketlərinin buraxılışının videosunu paylaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, videonun başlığında “Xoş gəlmisiniz, FP7” deyilir.

Ştilerman heç bir detal verməyib.

Bunların təlim və ya canlı buraxılışlar olub-olmadığı, yaxud Rusiyanın 13 bölgəsindəki mövcud raket təhlükəsi ilə əlaqəli olub-olmadığı da məlum deyil.

Deyilənə görə, FP-7, orta mənzilli düşmən hədəflərini vurmaq üçün hazırlanmış klassik dizaynlı ballistik raketdir. Onun mənzili 200 km-ə qədər, uçuş hündürlüyü 65 km, döyüş başlığının çəkisi 150 kq-a qədər və dəqiqliyi 14 m-dir.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
sia.az

2Mənbələr