AZ

Şamaxıda zəlzələ baş verib

Şamaxı-Ağsu sərhədində zəlzələ qeydə alınıb.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerin 7 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3,6 olub.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.

Qeyd edək ki, fevralın 27 28-də Şamaxıda ardıcıl yeddi zəlzələ baş verib.

Seçilən
9
50
far.az

10Mənbələr