AZ

Boliviyada hərbi təyyarənin qara qutusu hərbçilərə təhvil verildi

Bakı. Trend:

Boliviyanın El Alto şəhərində avtomobillərlə toqquşan BoliviyaHərbi Hava Qüvvələrinə məxsus "C-130 Hercules" təyyarəsinin qaraqutusu hərbçilərə təqdim edilib.

Trend xəbər verirki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin mətbuat xidmətiməlumat yayıb.

Qara qutudakı məlumatların çıxarılması və təhlili ən azı birneçə həftə çəkəcək.

Müdafiə naziri Raul Marselo Salinas əvvəlcə ölkədə bu işi görəbiləcək mərkəzin olmadığını, buna görə qara qutunun başqa birölkəyə göndəriləcəyini bildirmişdi.

Fevralın 27-də El Alto hava limanına eniş edərkən naməlumsəbəblərdən təyyarə aerodromdan sürüşərək nəqliyyat vasitələri ilətoqquşub. Hadisə nəticəsində ən azı 22 nəfər ölüb. Pis hava şəraitifaciənin mümkün səbəbi hesab olunur.

Seçilən
24
az.trend.az

1Mənbələr