AZ

Puqaçova ölkəsində eksklüziv hüquqlarının müddətini uzadıb

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Xalq artisti Alla Puqaçova ölkəsində "Alla" və "Alla Borisovna" ticarət nişanlarına eksklüziv hüquqlarını daha on il uzadıb.

"Ölkə.az" xəbər verir ki, ticarət nişanlarının əvvəlcə 2026-cı ilin aprelində bitməsi planlaşdırılırdı. Lakin müğənni Rospatentə uzadılma tələbi təqdim edib. Agentlik tələbi təmin edərək yeni şərtləri 2036-cı ilin aprelinə qədər təyin edib.

Əvvəllər Primadonnanın bu yay səhnəyə qayıda biləcəyi barədə məlumat yayılmışdı. Prodüser Yevgeni Babiçev Puqaçevanın Yurmalada keçiriləcək Layma Vaikule Festivalında çıxış edə biləcəyini açıqlamışdı. Prodüserin sözlərinə görə, müğənninin iştirak etməsinin iki səbəbi var: təşkilatçılarla dostluq münasibətləri və maestro Raymonds Paulsun 90 illik yubileyi.(Axşam.az)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
olke.az

2Mənbələr