Azərbaycan cüdoçusu Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan “Böyük Dəbilqə” turnirindən kənar qalıb.
Sportinfo.az xəbər verir ki, məsələ ilə bağlı Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu olmuş idmançının müəllimi Tərlan Həsənov teleqraf-a açıqlamasında hadisənin səbəblərinə aydınlıq gətirib:
“Hidayət Heydərov həmişə çəkisini salmaqda problem yaşayıb. Bu, onun yeganə problemidir.
Millidəki məşqçiləri gərək onu daima nəzarətdə saxlasınlar. Bildiyimə görə, hazırda 10-12 kq artıq çəkisi var.
Bu qədər çəkini salmaq üçün iki həftə boyunca müəyyən proqrama riayət etmək lazımdır.
Mən belə başa düşürəm ki, Hidayətin əsas hədəfi apreldəki Avropa və oktyabrdakı dünya çempionatlarıdır”.