AZ

İranda qızlar məktəbində ölən şagirdlərin sayı 148-ə ÇATDI - VİDEO - YENİLƏNİB

İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.

Redaktor.az xəbər verir ki, bu barədə Miyanab Prokurorluğu məlumat yayıb. 

Hava zərbəsi nəticəsində ölənlərin sayı 148 nəfərə çatıb, 95 yaralı var. 

***

İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.

Redaktor.az "Əl-Cəzirə"yə istinadla xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 115-ə çatıb.

***

İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artır.

Redaktor.az "Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 85-ə, yaralıların sayi isə 92-ə çatıb.

***

İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artır. 

Redaktor.az "Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 70-ə çatıb, 90 yaralı var.

***
İranın cənubunda qızlar məktəbinə raketin düşməsi nəticəsində azı 60 şagird həlak olub.

Redaktor.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur sosial şəbəkələrdə bildirib.

"60 azyaşlı uşaq həlak olub, 80-i xəsarət alıb", - o qeyd edib.

***

İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb. 

Redaktor.az "Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 57 nəfərə çatıb.

***
İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.

Redaktor.az "Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 51-ə çatıb, 60 yaralı var.

***

ABŞ tərəfindən İranın cənubundakı Hörmüzqan əyalətinin Minab bölgəsindəki Şəcərə Təyyibə adlı ibtidai məktəbə edilən hava hücumunda ən azı 40 qız həlak olub.

Redaktor.az xəbər verir ki, səhər saatlarında baş verən hücumda 7 ilə 12 yaş arası uşaqlar hədəf alındığı bildirilir. İran mediasının məlumatına görə, hücum zamanı məktəbdə 170 qız olub.

Hava hücumu məktəb binasını yerlə bir edib. Partlayışdan sonra bir çox şagird dağıntılar altında qalıb. İlkin məlumatlara görə, ən azı 45 nəfər də yaralanıb. Axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayının artacağından qorxurlar.

Uşaqların olduğu təhsil müəssisəsinin hədəfə alınması beynəlxalq hüququn və müharibə qanunlarının açıq şəkildə pozulmasıdır.

Vaşinqton administrasiyası hələlik hücumla bağlı rəsmi açıqlama verməyib. İran rəsmiləri hücumun "mülki şəxsləri birbaşa hədəf alan qəsdən edilmiş bir hərəkət" olduğunu vurğulayıblar.

Seçilən
28
8
redaktor.az

10Mənbələr