AZ

Hava zərbələri nəticəsində İranda qızlar məktəbində ölən şagirdlərin sayı 148-ə çatıb - Yenilənib 

İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb...

APA xəbər verir ki, bu barədə Miyanab Prokurorluğu məlumat yayıb.

Hava zərbəsi nəticəsində ölənlərin sayı 148 nəfərə çatıb, 95 yaralı var.

***

İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.

APA "əl-Cəzira"ya istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 115-ə çatıb.

***

İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artır.

APA "Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 85-ə, yaralıların sayi isə 92-ə çatıb.

***

İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artır.

APA "Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 70-ə çatıb, 90 yaralı var.

***

İranın cənubunda yerləşən Minab şəhərində ibtidai qızlar məktəbinə endirilən zərbə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 48 məktəbli isə yaralanıb.

Poliqon xəbər verir ki, hadisə dərs vaxtı baş verib. Zərbə nəticəsində məktəb binası ciddi dağıntılara məruz qalıb, şagirdlər dağıntılar altından çıxarılıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı silah və ya əməliyyat çərçivəsində baş verdiyi ilə bağlı rəsmi açıqlamalar hələ dəqiqləşdirilir. İran rəsmiləri hücumu mülki obyektə qarşı ağır cinayət adlandırıb.

Bölgədə xilasetmə işləri davam edir. Ölənlərin sayının arta biləcəyi istisna olunmur. (Musavat.com)

Poliqon.info

Seçilən
21
4
poliqon.info

10Mənbələr